AAAF Park rənglərin ahəngidir

Rənglər insanların psixoloji vəziyyətinə təsir etməklə yanaşı, onların hansı düşüncəyə və həyat tərzinə malik olduğuna da işarə edir. İnsanların yaşayışı və istirahəti üçün nəzərdə tutulmuş məkanlar həm təmiz və səliqəli olmalı, həm də rəng ahənginə malik olmalıdı. Çünki rənglər müsbət enerji verdiyi kimi insanda mənfi enerjinin toplanmasına da səbəb ola bilər. Bu da birbaşa səhhətə mənfi təsir edir, gözü, beyni yorur, şiddətli baş ağrılarına, hətta orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilir.

Ətrafınızın yaşıl rənglə, xüsusən təbii yaşıllıqla əhatə olunması həm aura, həm də səhhətinizə müsbət təsir edər. Yaşıl – sağlamlığın rəngidir. Bu rəngdən bir sıra ruhi sarsıntıların müalicəsində, isteriya və əsəb yorğunluğu zamanı istifadə olunur. Daha çox istirahət düşərgələrində rast gəldiyimiz taxta elementlərinin, eyni zamanda sakitliyə can atanların rəngi olan qəhvəyi, binaların rəngi – bej və açıq sarı rəng AAAF Parkın demək olar ki, hər yerində istifadə olunub. AAAF Parkın simvolu olan limon rəngi sarı cəsarət, sevinc kimi pozitiv aura yayır, hətta xəstənin həkim qarşısında qorxusunu azaldır. Eyni zamanda sarı rəngi sevən uşaqlar yaradıcılığa meylli olur.

Kompleksin azyaşlılar üçün olan hissəsində optimizmin rəngi olan çəhrayı, müdriklik və sədaqətin rəngi göy, təmizlik və məsumluq rəngi olan mavidən daha çox istifadə edilib. Bu rənglər həm də uşaqların zehni və psixoloji inkişafına yaxşı təsir göstərir. AAAF Parkda diqqət çəkən və mistika rəmzi olan bənövşəyi rəngli güllər həssas insanlarda xoş əhval yaradır.

Rənglərin ustalıqla birləşdiyi məkan – AAAF Parkda siz xoş istirahətlətlə yanaşı, həm də psixoloji cəhətdən dinclik tapacaqsınız.

SHARE