Böyük tarixi keçmişi olan Azərbaycan nəinki qədim abidələri, zəngin maddi-mədəniyyət nümunələri, habelə flora və faunası ilə də hər kəsin diqqətini cəlb edir. Bu diyarı gəzmək, görmək, öyrənmək təkcə turistlərin deyil, hər bir azərbaycanlının böyük arzusudur. Xüsusilə də ölkənin gələcəyi olan yeniyetmələrin. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar böyük əhəmiyyət daşıyır. Avqustun 19-dan başlayan bu tur Azərbaycanın 53 rayonunun seçilmiş “əlaçı” şagirdləri üçün həyata keçirilir. Hələ ki, Göygöl, Gəncə, Daşkəsən və Mingəçevir olmaqla 4 şəhər məktəbliləri Azərbaycanı qarış-qarış gəzir, səfalı yerləri ilə tanış olurlar.
Məktəblilər ilk olaraq “AAAF Park Yaşayış Kompleksi” ailəvi istirahət və əyləncə mərkəzini ziyarət edərək tura davam edəcəklər. Aparıcı turizm şirkətlərindən olan “Millennium Tourism”in də dəstəyi ilə 45 nəfər məktəbli Azərbaycanı gəzərək, görməli yerlərimizlə tanış olur.
“AAAF Park” da həmişə olduğu kimi Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışmalarına öz dəstəyini verməkdədir. Ailə və uşaqların maksimum rahatlığı, xoşbəxt və firavan həyatının təminatı üçün qurulan yaşayış kompleksimiz, bu istiqamətdə görülən işlərdə, layihələrdə iştirakını davam etdirir. Bunlardan biri də məhz “Ölkəmizi tanıyaq” layihəsidir.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions