AAAF Park Novruza hazırlaşır

Novruz bayramı yazın gəlişi və gecə-gündüzün bərabərləşdiyi gün qeyd olunur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bahar şənliklərlə qarşılanır. Novruz xalqımızın adət-ənənələrinin, zəngin mədəniyyətinin nümayiş olunduğu bayramdır.

Bu bayramın əsas ənənələrindən biri də odur ki, bayramqabağı hər tərəfdə – evlərdə, həyətlərdə təmizlik, abadlıq işləri görülür.

AAAF Park Yaşayış Kompleksinin ərazisində də Novruz bayramı ilə əlaqədar təmir və təmizlik işləri aparılır. Küçələrdə binaların ətraf ərazisi və bloklar səliqəyə salınır, rənglənmə işləri görülür, yolboyu ərazilər asfaltlanır. Abadlıq işləri parkın ərazisində də aparılır. Bir sözlə, Park başdan-başa gözəl mənzərə ilə əhatə olunub.

Hər birinizi Novruz bayramı öncəsi xoş istirahətlər keçirmək üçün AAAF Parka dəvət edirik.

SHARE