“Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs” (ZİSC) çərçivəsində Moldovada Avropa Mərkəzi Məşq Bazasının tikintisinə başlayıb. Razılaşmaya görə, bu baza paytaxt Kişinyovdan 30 km aralıda, 1 080 000 m2 ərazidə qurulacaqdır.
Bu məkan dünyanın ən böyük idman komplekslərindən biri olacaq, orada bir çox idman növləri üzrə yarışlar keçirmək mümkün olacaq. Burada mindən çox idmançı eyni zamanda məşq etmək şansı əldə edəcək. Bu kompleksin ətrafında da “AAAF Park Yaşayış Kompleksi”nin bənzərinin tikilməsi də nəzərdə tutulub.
Artıq tikinti tam sürətlə getməkdədir. “AAAF Park Moldova” adını alacaq Kompleksin işindən hazırladığımız videoçarxı sizə təqdim edirik: