AAAF Park memarlığı – təbiilik rəmzi

Müasir dövrdə insanlar təbiətə biraz da yaxınlaşır. Çünki genetikamızda təbiətə meyllilik həmişə mühüm yer tutub. Artıq geyim və ayaqqabı sahəsində belə vacib olan təbiilik tələbi insanların həyat tərzinə çevrilir, interyerdə təbii elementlərə üstünlük verilir, hətta istirahət üçün təbiətin qoynunda olan məkanlar daha çox seçilir.

İnsanların istirahət, rahatlıq, təmizlik, əyləncə tələbini nəzərə alaraq yaradılan AAAF Park Yaşayış Kompleksi öz dizaynı ilə də bir çoxlarını heyran edir. Tikililərdə təbii divar və tavan örtüklərindən istifadə olunması, ağaclarda qurulan yuvaların, oturacaqların, hətta bəzi tikililərin təbii taxtadan olması insanların ətraf aləmə adaptasiyasını asanlaşdırır.

Orijinal memarlığı ilə diqqət çəkən kompleksdə təbii qaya elementləri ustalıqla istifadə olunub. Qeyd edək ki, AAAF Parkın memarlığında qədimdən gələn milli üslubun detallarını da görmək mümkündür. Belə ki, buta simvolunun müxtəlif materiallarda işlənməsi, kompleks daxilində şəlalələr yaradılması, gümbəzvari təndir və iri saxsı qab, milli üsluba xas şəkildə tikilən mağara tarixin nəfəsini AAAF Parkda hiss etdirir. Memarlıq bəşəri sənətdir və bu sənətlə məşğul olan insanlar ekoloji şəraiti hər zaman nəzərə almalıdır.

SHARE