AAAF Park mağazalarında qış geyimləri artıq satışda

AAAF Park Mağazalarında qışa hazırlıq ab-havası davam edir. Belə ki, kompleksdə fəaliyət göstərən “Watch and glasses collections” mağazasında yeni şərf, əlcək və papaq kolleksiyası müştərilərə təqdim olunur. Rusiya, Türkiyə və digər xarici ölkələrin istehsalı olan yeni kolleksiya həm görünüş, həm də keyfiyyət etibarilə diqqət çəkir. Yeni kolleksiya öz daxilində müxtəlif yaş qruplarını da ehtiva edir. Rəngarəngliyi ilə nəzərə çarpan qış malları daha çox pambıq və yun materiallardan hazırlanıb.
Əlavə olaraq, qış eynəklərini və keyfiyyətli saatları da bu ünvandan əldə edə bilərsiniz. Hər fəslə, zövqə, cinsə və yaşa uyğun seçim imkanı yaradan AAAF Park Mağazalar Şəbəkəsi ilə bu qış dəbli keçəcək.
SHARE