AAAF Park mağazalarında endirim kampaniyası yekunlaşdı

Müqəddəs Ramazan bayramı münasibətilə AAAF Park Mağazalar Şəbəkəsində tətbiq olunmuş “Malların hamısı, qiymətin yarısı” adlı endirim kampaniyası başa çatıb. Üç gün müddətinə təyin olunmuş 50 faizlik endirim alıcılara ikiqat bayram sevinci bəxş etdi. Böyük alıcı kütləsinin rəğbətini qazanan kampaniya çərçivəsində AAAF Park Mağazalar Şəbəkəsinə daxil olan bütün mağazalarda satış artımı müşahidə olundu.

Xatırladaq ki, AAAF Park Mağazalarında “Malların hamısı, qiymətin yarısı” kampaniyası əvvəllər də keçirilib. Bayram və digər günlərdə keçirilən endirim kampaniyalarından yararlanmaq istəyən hər kəs AAAF Park mağazalarına dəvətlidir.

SHARE