AAAF Park layihələrinin 3D maketləri hazırlanıb

AAAF Park Yaşayış Kompleksinin satış ofisində AAAF Park Xırdalan, AAAF Park Astara və AAAF Park Gənclər Şəhərciyinin 3D maketi quraşdırılıb. Xüsusi orijinallığa malik layihə maketləri CİEA group tərəfindən hazırlanıb.

Maketlərdə ümumilikdə hər üç AAAF Parkda mövcud olan geniş yaşıllıqlar, binalar, yollar, parklar, təhsil müəssisələri, oyun meydançaları, mağazalar, restorananlar, kafelər, əyləncə mərkəzləri, iaşə obyektləri dəqiq şəkildə əks olunub. Bununla yanaşı, yaxın gələcəkdə tikilməsi planlaşdırılan binalar, obyektlər və hal – hazırda tikintisi davam edən binalar da maketlərə daxil edilib. Möhtəşəmliyi ilə seçilən AAAF Park Astara layihəsinin maketində xüsusi effektlərlə qurulmuş dənizin və Astara Towersin 3D görüntüsü diqqəti çəkir.

SHARE