Bu gün AAAF Park Yaşayış Kompleksinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 26 fevral günündə baş verənlər hər birimizin böyük üzüntü mənbəyidir. Günahsız insanlara qarşı edilən bu vəhşiliklər heç vaxt unudulmayacaq. Abidə önünə “AAAF İnşaat MMC” adından əklil qoyuldu. Kollektiv üzvlərimizin əllərindəki qərənfillər də şəhid və faciə qurbanlarımızın xatirələrinə ehtiram əlaməti oldu. Biz, hər bir azərbaycanlı, hər bir vətəndaş kimi baş verənlərə üzülür, xalqımıza dərin hüznlə başsağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions