AAAF Park kollektivi “Xocalı Soyqırımı” qurbanlarını yad etdi

“Xocalı Soyqırımı”ndan 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırım həyata keçirib.Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib.

Fevralın 26-da AAAF Park kollektivi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər,məşqçi və idmançı heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə qərənfillər düzərək faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Azərbaycan xalqı bu hadisəni heç vaxt unutmayacaq və həmin gecənin qurbanlarını daim yad edəcəkdir.

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!

SHARE