AAAF Park jurnalının ilk buraxılışı

“AAAF Park” daha bir sürprizlə sizi sevindirir. Artıq hər ay “AAAF Park” dərgisi oxucuları ilə görüşəcək.

Bu dərgi “AAAF Park”ın sizə diqqət və qayğısının isbatı olaraq təmənnasız bir hədiyyəsidir. Bu dərgimizdə yaşayış kompleksimizin hər bir sahəsi işıqlandırılacaqdır və siz kompleksimizin həyatında baş verən hər bir yenilikdən xəbər tutacaqsınınz.

Yeni inşaatlarımız, layihələrimiz, təmirlə bağlı faydalı məsləhətlər, parkımızda fəaliyyət göstərən bütün sosial, ticarət və idman obyektləri haqqında müfəssəl məlumatlar, idmançılarımızın uğurları, qadın və uşaqlar üçün maraqlı rubrikalar, ulduzlardan ekskluziv müsahibələr, diqqətinizi ayırmayacağınız krossvordlar, uduşlu viktorinalar və daha nələr, nələr…

Bir sözlə, bizə göstərilən bu etimadı və ən əsası sizi bir oxucu kimi qazanmaq üçün redaksiyamız bütün intellektini, zəkasını təcrübəsini, ən əsası peşəsinə olan sevgisini səfərbər edərək, var qüvvəsi ilə çalışıb sizin diqqətinizə layıq olmağa çalışacaq.

Ümid edirik ki, “AAAF Park” dərgisi “AAAF-İnşaat” MMC- nin daha bir uğurlu layihəsi olacaqdır.

Hər zaman sizi düşünən “AAAF Park”ın böyük məhəbbətlə, təmənnasız olaraq sızə ərmağan etdiyi bu dərgini qəbul etməyiniz bizi çox sevindirəcək.

 

SHARE