Ötən həftə ATV – nin efirində yayımlanan “İqtisadi Zona” verilişində sosial mənzillər mövzusuna toxunulub. Az təminatlı və ya əlverişli şəraitə malik olmayan ailələri narazı salan mənzil bahalığı, bu sektorda fəaliyyət göstərən əksər şirkətlərdə təyin olunan ilkin ödənişin, aylığın və daxili kreditdə faiz dərəcəsinin çox olması kimi bir çox məsələlər gündəmə gətirilib. Məsələ ilə bağlı “AAAF Park”ın direktor müavini Rəşad Əliyev əhalinin daha az əmək haqqına malik olan hissəsinə diqqəti cəlb edib, əhalinin əsas çətinliyinin ilkin ödəniş və mürəkkəb sənədləşmə şərtləri ilə bağlı olduğunu vurğulayıb.
Rəşad bəy AAAF Park Yaşayış Kompleksində sosialyönümlü mənzillərin tikintisinə, bu yöndə layihələrin tətbiqinə böyük yer verildiyini və əhalinin aztəminatlı hissəsinin mənzillə bağlı əsas tələblərini ödəməyin qarşıdakı məqsədlərdən biri olduğunu vurğulayıb. Əlavə olaraq, hal hazırda AAAF Park Yaşayış Kompleksində sosialyönümlü layihə olan “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyasının şərtlərinə də diqqəti yönəldib. Belə ki, tək şəxsiyyət vəsiqəsi, faizsiz kredit, minimum ilkin ödəniş haqqı ilə təklif olunan mənzillər əhaliyə açarları aldıqdan sonra aylığı ödəmə imkanı yaradır.
Kompleksdə 18 yaşından yuxarı Azərbaycan Respublikasının bütün vətəndaşları əlverişli şərtlərlə mənzil sahibi ola bilər. AAAF Park Yaşayış Kompleksi hər kəsin rahatlığının təminatıdır.