AAAF PARK-ın ən gözəl uşağı

“AAAF PARK-ın ən gözəl uşağı” müsabiqəsinə start verildi!

Yaşayış Kompleksi olması ilə yanaşı, ailəvi istirahət yeri də olan AAAF PARK, uşaqların böyük həvəslə gəldikləri yerdir. Buradakı attraksionlar, əyləncə mərkəzləri, müxtəlif bayram tədbirləri xüsusilə onların marağına səbəb olur, xoş anlar yaşadır.

Kompleksimizin rəsmi yayım orqanı olan “AAAF PARK” jurnalı bunları nəzərə alaraq uşaqlara həsr edilmiş yeni müsabiqə elan edir. Kompleksimizin feysbuk səhifəsini bəyənən hər kəsdən öz uşağının AAAF Park-da çəkdirdiyi şəklini bizimlə paylaşmasını xahiş edirik. Müsabiqənin şərtlərinə əsasən, ən çox “like” toplamış uşaq şəkilləri tərəfimizdən seçiləcək və 10 min tirajla çap olunan, nəfis tərtibatı ilə fərqlənən jurnalımızda dərc ediləcəkdir. Şəkillərinizi
göndərin!

Müsabiqənin yeganə şərti uşaq şəklinin AAAF Park Yaşayış Kompleksində çəkilməsidir. Müsabiqə aprelin 15-nə qədər davam edəcəkdir.

Şəkilləri Facebook səhifəmizdən məktub bölümünə göndərə bilərsiniz.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE