“AAAF PARK-ın ən gözəl uşağı” müsabiqəsində son gün!

AAAF Park olaraq mayın 1-də elan etdiymiz “AAAF Parkın ən gözəl uşağı” müsabiqəsi sabah başa çatır. Tələsin! Mayın 31-i, gecə saat 00:00-da bitəcək yarışmada iştirak və qələbə üçün cəmi bir gün qalıb.

Qaydalar çox sadədir: Kompleksimizin feysbuk səhifəsini bəyənən hər kəsdən öz uşağının AAAF Park-da çəkdirdiyi şəklini bizimlə paylaşmasını xahiş edirik. Müsabiqənin şərtlərinə əsasən, ən çox “like” yığmış uşaq şəkilləri tərəfimizdən seçiləcək və böyük tirajla çap olunan, nəfis tərtibatı ilə fərqlənən jurnalımızda dərc ediləcək, feysbuk səhifəmizdə və televiziyamızda yayınlanacaqdır.

Bununla yanaşı, uşaqlarınızın sevincinə-sevinc qatacaq hədiyyələrimiz də var. Belə ki, 1-ci yeri tutmuş balacamıza “Limuland” Uşaq-Əyləncə Mərkəzindəki oyun aparatlarından 300 manatlıq pulsuz istifadə kuponu veriləcək. O, doyunca əylənə biləcək, günün, istirahətin keyfini çıxara biləcək. 2-ci yeri tutmuş qalibimiz müvafiq olaraq 150 manat, 3-cü yerə layiq görülmüş uşaq isə 100 manatlıq hədiyyə kuponu ilə mükafatlandırılacaq.

Vaxt itirməyin. Elə indi AAAF Parka tələsin, şəkillərinizi çəkib, bizə göndərin!

Müsabiqənin yeganə şərti uşaq şəklinin AAAF Park Yaşayış Kompleksində çəkilməsidir. Şəkilləri Facebook səhifəmizdən məktub bölümünə göndərə bilərsiniz.

Əlavə edək ki, qaliblərin AAAF Park Yaşayış Kompleksində keçiriləcək 1 İyun Uşaqların Ümumdünya Müdafiəsi Gününə həsr edilmiş konsertdə mükafatlandırılması planlaşdırılır.

SHARE