“AAAF Park”-ın dəstək verdiyi turnir başa çatdı

“AAAF Park Yaşayış Kompleksi”nin dəstək verdiyi, həmçinin Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Şahmat Federasiyası və Respublika Şahmat Mərkəzinin də dəstəyi ilə keçirilən “BAKU Open” Beynəlxalq Şahmat Turniri başa çatıb.

Bu il 6-30 sentyabr tarixlərində keçirilən yarışda rekord sayda – dünyanın 23 ölkəsindən dəvət olunmuş məşhur beynəlxalq qrossmeysterlər də iştirak edirlər.

Yarış həm də festival xarakteri daşıyır. A, B və C qruplarında keçiriləcək oyunlarda müxtəlif yaşlı uşaqlar çıxış edəcəklər. Artıq C qrupunda (uşaq turniri – 8-10-12 yaş oğlan və qızlar) yarışlar başa çatıb.

Respublika Şahmat Mərkəzində keçirilən oyunlar sentyabrın 15-nə (son tur) qədər davam edib. Mütləq qalib adını oğlanlarda Bakı şəhəri 6 saylı orta məktəbin şagirdi Əhməd Əhmədzadə, qızlarda isə 308 saylı məktəbin şagirdi Gövhər Beydullayeva qazanıblar. Qalib və medalçılara müvafiq dərəcəli diplomlar, qiymətli hədiyyələr təqdim olunub.

SHARE