AAAF Park ilk uşaq macəra filminin tərəfdaşı oldu

Azərbaycanda ilk uşaq macəra filmi olan “Big bubble əməliyyatı”nın təqdimatı olub. Kiçikdən böyüyə hamının izləyə biləcəyi filmin tərəfdaşlarından biri də AAAF Park Yaşayış Kompleksidir. Macəra filmi olması ilə yanaşı, “Big bubble əməliyyatı” həm də tərbiyəvi əhəmiyyət də daşıyır. Filmdə valideyn-övlad arasında qurulan ünsiyyət, böyüyə – nənəyə, babaya hörmət, dostluğa sadiqlik, bacı-qardaş məhəbbəti və digər münasibətlər də filmin süjet xəttində yer alıb.

Qeyd edək ki, filmin rejissoru və ssenaristi Teymur Nəcəf, baş prodüseri Elşən Əliyev, prodüseri Dilşad Musa, bəstəkarı Ləman Nəcəf, musiqi tərtibatçısı Rövşən Muhammed və quruluşçu operatoru Zaur Hüseynovdur.

SHARE