AAAF Park hər kəsi Novruz şənliyinə dəvət edir!!!

19 mart AAAF Park Yaşayış Kompleksində möhtəşəm Novruz Şənliyi təşkil olunacaq!

Milli adət ənənələrimizi əks etdirən şənliyə saat 15:00-dan etibarən start veriləcək. “Kəndirbaz” şou, “Pəhləivan” şou, Novruzun gəlişini xəbər verən Bahar qız, Kosa və Keçəlin duzlu-məzəli zarafatları və “AAAF Parkda bahar gəlir” adlı canlı konsertə bütün xalqımız dəvətlidir.

Konsertdə sevimli müğənnilər öz repertuarlarından milli-əhval ruhiyyəli mahnılar ifa edəcək, maraqlı rəqs nömrələri göstəriləcək, hər kəsin vaxtının əyləncəli keçirilməsi məqsədilə “Kosanın arvadları” adlı yumoristik səhnəcik də nümayiş olunacaq.

AAAF Park Yaşayış Kompleksi bütün Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir və hər kəsi 19 mart 2016-ci il tarixində saat 15:00-da Möhtəşəm Şou  konsertə dəvət edir.

Ətraflı məlumat üçün: *6464  / 012 310 0 410

SHARE