AAAF Park – gözəl məkan!

Gecələr bir ayrı gözəlliyi ilə seçilən parkımız gündən-günə rənglənməkdə, inkişaf etməkdə, dəyişməkdədir. “AAAF Park Yaşayış Kompleksi” həm də ailə və ya kollektivlə birlikdə komfortlu istirahət üçün ilboyu bütün şəraitə malik istirahət mərkəzidir.

Şəlalə və süni gör buraya xüsusi gözəllik verir. Yenicə açılmış tədris mərkəzi “Zirvə liseyi”, xeyli zamandır fəaliyyət göstərən “Zirvə İdman Uşaq Akademiyası” “AAAF Park”ın imicinə daha bir töhfə qatır.

Azərbaycanın ən böyük marketləri sırasında olan Makromart da məhz bizim parkda fəaliyyət göstərir. “Zirvə”, “Sports cafe”, “Limu Food”,”Limu Forest” restoranları, ailəvi istirahət və gəzinti parkları, “Limuland Uşaq Əyləncə Mərkəzi” “AAAF Park”a gələn qonaqlara dinclik, rahatlıq bəxş edir.

Tədbirlər keçirmək üçün səhnə və səhnənin qarşısındakı fontan parkın girişində xüsusi mənzərə yaradır. Gündən-günə yeni açılışları ilə ziyarətçilərini və qonaqlarını təəccübləndirən “AAAF Park” daima sizin xidmətinizdədir. Sevimli məkanınıza yenidən baş çəkin. Peşiman olmazsınız, çünki bura “AAAF Park”dır.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE