AAAF Park əlil arabası istifadəçiləri arasında boulinq yarışına dəstək verdi – VİDEO

AAAF Park Yaşayış Kompleksi sosial layihələri davam etdirir. Həmişə fiziki məhdudiyyətli insanların yanında olan, onları cəmiyyətə inteqrasiyasına kömək etməyə çalışan, təqdim etdikləri layihələrə dəstək olmağa çalışan şirkətimiz növbəti belə addımını atıb.

Avqustun 7-də “Əlil İdmançılara Dəstək” İctimai Birliyi Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), Boulinq Federasiyasının və idmanla sağlam həyatın vəhdəti olan “AAAF Park” Yaşayış Kompleksinin təşkilatı dəstəyi ilə “Biz hər şeyə qadirik” layihəsi çərçivəsində əlil arabası istifadəçiləri arasında boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirib.

Yarışda Milli Paralimpiya Komitəsinin müxtəlif növlər üzrə idmançıları və ötən illərrin qalibləri iştirak ediblər. İlk dəfə Ukrayna “AİK” təşkilatınında idmançı-nümayəndələri də turnirdə çıxış ediblər.

İctimai Birliyin sədri Kamal Məmmədov və AMPK-nın prezidenti İlqar Rəhimov çempionatın açılışında çıxış edərək belə yarışların məhdudiyyətli insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını ictimaiyyətin diqqətinə çatdırmaq xarakteri daşıdığını bildirib.

Sonra çempionata start verilib. Ümumilikdə 14 kişi və 7 qadın idmançının mübarizəsi nəticəsində üçüncü açıq Azərbaycan çempionatının qalıbləri müəyyənləşib. Qadınların yarışında birinci yerə Gülnaz Hidayətova layiq görülüb. Ukraynalı Mariya Nikitina və təmsilçimiz Azadə Abdullayeva 2-3-cü yerləri bölüşüblər.

Kişilər arasında isə birinci yeri Amid Qasımbəyov tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Faiq Əsədullayev və Ukrayna təmsilçisi Dmitri Şebetyuk bölüşdürüblər.

Sonda qaliblər və medalçılara mükafatalar, medal və kuboklar təqdim olunub. Həm təşkilati, həm Ukraynları qonaqların AAAF Park Yaşayış Kompleksində təmənnasız qalması, xərclərinin ödənilməsini təmin edən şirkətimiz də xatirə plaketi ilə təltif edildi.

SHARE