AAAF PARK-da Yeni Tədris Mərkəzi açıldı!
29 noyabr tarixində AAAF Park Yaşayış Kompleksində növbəti təbris mərkəzinin açılış mərsimi baş tutdu. Tədbirdə şirkət rəhbərliyi ilə yanaşı, sakinlər, uşaqlar və digər qonaqlar da iştirak etdilər. Mərkəz haqqında məlumat verildikdən sonra qırmızı lent kəsildi və istedadlı uşaqların canlı musiqi sədaları altında qonaqlar çay süfrəsinə dəvət olundu.
“Zirvə Uşaq İdman Akademiyası” və “Zirvə Liseyi” nin sıralarına “AAAF Park Tədris Mərkəzi”nin də daxil olması kompleksdə tədrisə verilən böyük diqqətin göstəricisidir.
“AAAF Park Tədris Mərkəzi”ndə aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur:
- Məktəbəqədər hazırlıq (Azərbaycan və rus dili bölmələri üzrə)
- Məktəblilərin hazırlığı (Azərbaycan və rus dili bölmələri üzrə)
- Mental arifmetik (Sürətli hesablama, toplama, çıxma, vurma, bölmə)
- Uşaqlar üçün rus və ingilis dili danışıq yönümlü hazırlıq (həftəsonları pulsuz danışıq klubları)
- Sürətli oxu
- Böyüklər üçün dil kursları (iş adamları üçün xüsusi kurslar)
- Xanımlar üçün xüsusi dil kursları (yalnız xanımlar)
- Kompyuter kursları (ofis proqramları, dizayn və s.)
- Kompyuter və tərcümə xidmətləri
- Magistr hazırlığı
- Abituriyent hazırlığı
- Məntiq
- Ayrı-ayrı fənlər üzrə hazırlıq
- Böyüklər üçün həftəsonu danışıq klubları
- 3-4 yaşlı uşaqlar üçün inkişafetdiric hazırlıq
- Loqoped
- İngilis və rus dili hazırlığı
- Rəsm kursu
Əlaqə üçün telefon: (012) 408-93-10, (051) 619-81-80
Ünvan: Heydər Əliyev prospekti, 167. AAAF Park yaşayış Kompleksi. “Zirvə Liseyi”nin arxası, “Altun” Gözəllik Salonunun yanı
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions