AAAF Park-da tikinti işləri tam sürətlə davam etdirilir – VİDEO + FOTOLAR

AAAF Park Yaşayış Kompleksində binaların tikintisi sürətlə davam etdirilir.  Tikinti işləri A və B komplekslərində, 1 A, 1 B, 11, 12, 13 , 22, 25, 26, 27 və 28 saylı küçələrdə həyata keçirilir.

“AAAF İnşaat” MMC-nin baş mühəndisi Hatəm Rəfiyevin sözlərinə görə, artıq bir neçə küçə üzrə binalarda işlər yekunlaşıb və sakinlər öz mənzillərinə köçüblər. Bundan başqa, binalararası ərazilərə asfalt da döşənib.

Tikinti işləri yeni kampaniya üzrə də reallaşmaqdadır. Məlum olduğu kimi, AAAF Park Yaşayış Kompleksində Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə ilkin ödəniş 10% olmaqla və 15 illik ipoteka krediti ilə yeni kampaniyaya start verilib. Artıq kampaniya çərçivəsində satılan binaların təməlqazma işlərinə də başlanılıb.

Aparılan tikinti işlərinə peşəkar işçi qüvvəsi və xeyli sayda texnika cəlb olunub.

Ərazidən hazırlanan videoreportajı sizə təqdim edirik.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE