AAAF Park-da Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirildi – VİDEO + FOTOLAR

Martın 14-15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirildi. Böyük marağa səbəb olan turnirdə körpücük üzərinə 151 atlet çıxdı.

Ölkənin bütün bölgələrindən idmançıların qatıldığı yarışda istər fərdi, istərsə də komanda şəklində mübarizə getdi. Güc strukturları arasında ayrıca yarışda Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları çempion oldular. Milli Təhlükəsizlik Nazirliyini təmsil edən idmançılar gümüş, Daxili İşlər Nazirliyi atletləri bürünc medala sahib çıxdılar.
Qalib və mükafatçılara medal və diplomlar, eləcə də sponsorlar tərəfindən təqdim olunan xüsusi hədiyyələr verildi.

SHARE