Mayın 10-da AAAF PARK Yaşayış Kompleksinin ərazisindəki böyük parkda Azərbaycan xalqının Ümummilli lideri, Böyük Öndər, Müdrik rəhbər, Dahi şəxsiyyət və Qüdrətli sərkərdə Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli “Gül Bayramı” bayram konserti təşkil olunacaqdır.
Kompleksimizin qonaqları konsertdə Bilal Əliyev, Baloğlan Əşrəfov, Zaur Rzayev, Ağabala Abdullayev kimi əməkdar və xalq artistləri, həmçinin digər Estrada ulduzlarının ifasında gözəl mahnıları dinləmək, xalq rəqslərini izləmək, muğam, saz və skripka ifalarından zövq almaq şansı qazanacaqlar. Bir neçə saat ərzində davam edəcək bu möhtəşəm mərasim yaddaşınızda böyük iz buraxacaqdır. Hər birinizi 10 May tarixində AAAF PARK Yaşayış Kompleksinə gəlməyə dəvət edirik.
Tədbir saat 16:00-da başlayır.