13 iyul 2014-cü ildə idmana, sağlam həyat tərzinə böyük diqqətlə yanaşan AAAF Park Yaşayış Kompleksində daha bir beynəlxalq yarış keçirildi. Bu dəfə kikboksinq idman növünün K-1 versiyası üzrə Beynəlxalq Reytinq Döyüşlərinə öz Parkımızda şahidlik etdik. “Qartal” Peşəkar İdman Klubunun və Abşeron Rayon Gənclər və İdman İdarəsinin birgə layihəsi olan və AAAF Parkın baş sponsorluğu ilə baş tutan bu turnir çox maraqlı mübarizə səhnələrini nümayiş etdirdi.
AAAF Park-ın Mərkəzi Səhnəsində qurulan rinqdə 11 döyüş keçrildi. Böyük tamaşaçı marağına səbəb olan mübarizədə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan və İran təmsilçiləri də iştirak edirdilər.
Yüksək səviyyəli təşkilatçılıq şəraitində keçirilən döyüşlərdə 7 həmyerlimiz qələbə qazanaraq bizləri sevindirdi. Digər çəkilərdə gürcü idmançılar fərqləndi. Nəticələri sizə təqdim edirik:”
Çəki | İdmançılar | Qalib |
60 kq | Mehrdad Səfəri (İRAN) – Elxan Quliyev (AZƏRBAYCAN) | AZƏRBAYCAN |
63.5 kq | Baçuki Zurabaşvili (Gürcüstan) – Tofiq İmanov (AZƏRBAYCAN) |
Gürcüstan |
67 kq | Nodar Kutateladze (Gürcüstan) – Şəhriyar İsayev (AZƏRBAYCAN) | Gürcüstan |
71 kq | Romeo Qablayya (Gürcüstan) – Elvir Əliyev (AZƏRBAYCAN) | Gürcüstan |
75 kq | Vano Valteuri (Gürcüstan) – Məhəmməd Babayev (AZƏRBAYCAN) | AZƏRBAYCAN |
70 kq | Viktor Merçalaşvili (Gürcüstan) – Anar Süleymanov (AZƏRBAYCAN) |
AZƏRBAYCAN |
81 kq | David Janqveladze (Gürcüstan) – Quliyev Bəybala (AZƏRBAYCAN) | Gürcüstan |
86 kq | Tufan Əl Əfsun (İran) – Elnur Cəfərov (AZƏRBAYCAN) | AZƏRBAYCAN |
67 kq (gənclər) | Məmmədli Qədim (AZƏRBAYCAN) – Maksudov Qadir (AZƏRBAYCAN) | AZƏRBAYCAN |
29 kq (yeniyetmə) | Merçalaşvili Saba (Gürcüstan) – Həmidov Seymur (AZƏRBAYCAN) |
AZƏRBAYCAN |
32 kq (yeniyetmə) | Potaitaşvili Qoqa (Gürcüstan) – Əliyev Emin (AZƏRBAYCAN) | AZƏRBAYCAN |