Noyabr ayının 25-də AAAF Park Yaşayış Kompleksinin B kompleksi 5 saylı binasında elektrik naqillərindəki problem üzündən tüstülənmə baş verib. Blokdakı elektrik şiti yanıb.
Hadisəyə səbəb Xırdalan şəhəri ərazisində elektrik enerjisinin ümumi gərginliyinin normadan aşağı olması ilə əlaqədər olaraq AAAF Park Yaşayış Kompleksi ərazisinə də aşağı gərginliklə verilməsi olub. Belə ki, mövsümlə əlaqədar olaraq elektrik enerjisinə tələbatın artması naqillərdə yüklənmə yaradır və qısa qapanmalara səbəb olur. Bu hadisənin istiliyin verilməsi ilə heç bir əlaqəsi yoxdur. Qısa qapanma aşağı gərginlik səbəbindən baş verib.
Tərəfimizdən məsələyə çevik müdaxilə edilib, təxliyyəyə ehtiyac olmayıb. Hazırda hadisənin nəticələri aradan qaldırılmaq üzrədir.