AAAF Park-da daha bir konsert: “BestFM” 2 yaşını qeyd edir!

AAAF Park yaz mövsümünə sürətli girişini davam etdirir. Belə ki, Yaşayış Kompleksində daha bir konsert keçiriləcək.
İki il əvvəl Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə fəaliyyətə başlayan “Bestfm.az” internet radio və televiziyasının yaranmasının 2 illiyinin tamam olması münasibətilə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin ərazisində açıq havada təntənəli musiqili tədbir keçiriləcəkdir.

Bilavasitə AAAF Park-ın dəstəyi ilə baş tutacaq tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri və incəsənət xadimlərim iştirak edəcəklər.

Konsert mayın 15-də, saat 15:00-da başlayacaq.

Hər kəsi bu maraqlı tədbirdə iştirak etmək üçün AAAF Parka dəvət edirik!

SHARE