AAAF Park-da Aykido dərsləri başlayır!

AAAF Park Yaşayış Kompleksi daima sakin və qonaqlarının sağlamlığını düşünür. Bu məqsədlə mütəmadi olaraq yeni idman növləri üzrə dərslərin keçirilməsi üçün imkanlar yaradılır.

Bu idman növlərindən daha biri aykidodur. Aykido – yapon döyüş sənəti, dini-fəlsəfi baxışlarla döyüş metodlarının sintezi kimi Morihey Uyeşiba tərəfindən yaradılmışdır. Burada əsas məqsəd insanın hücum çəkənə zərər yetirmədən özünü müdafiə etmək bacarığıdır.

1-ci dan qara kəmər ustası, təcrübəli mütəxəssis Elnur Kərimovun rəhbərliyi altında yaş və cins fərqi olmadan bu böyük döyüş sənətinin sirlərinə yiyələnmək şansını qaçırmayın.

Həftənin tək – bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-da “Zirvə” Beynəlxalq İdman Klubun əsas yarış zalında aykido ilə məşğul olmaq imkanı qazanacaqsınız.

Əlavə məlumat üçün telefon:
(070) 336-56-64
Ünvan: AAAF PARK Yaşayış Kompleksi, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167.

SHARE