AAAF Park – Cizgi film qəhrəmanlarının ən sevimli məkanı – FOTOLAR

Yaz mövsümündə AAAF Parka istirahət və əyləncə üçün üz tutan ailələr, xüsusən də balaca və şirin qonaqlar həftəsonları maraqlı sürprizlərlə qarşılaşırlar. Ən çox sevilən cizgi filmi personajları ilə uşaqların görüşünün təşkil olunması şirin-şəkər balaların çöhrəsinə sevinc, gülüş gətirir.

AAAF Park Yaşayış Kompleksi olaraq Azərbaycanın gələcəyi olan uşaqlarımızın sağlam böyüməsi, eyni zamanda asudə vaxtlarının səmərəli keçməsi üçün mütəmadi addımlar atılır. Bunlardan biri də həftəsonu parkımıza cizgi filmi qəhrəmanlarının dəvət olunmasıdır. “Tom və Cerri”, “Ben10” və “Kunq-fu Panda”-nı görən uşaqlar sevimli qəhrəmanlarının yanına qaçır, onlarla söhbət edir, şəkil çəkdirirdilər.

Ötən həftə də parkımıza “Maşa və ayı”, “Mikki və Mini”, “Calliou”, “Pepe” və “Şrek” kimi uşaqların çox sevdiyi cizgi film qəhrəmanlarını dəvət etmişdik. Bütün yaz-yay mövsümündə AAAF Parkda belə görüşlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AAAF Park may ayının 10-dan etibarən uşaqlar arasında müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən kim ki, AAAF Parkda personajlarla şəkil çəkdirib, rəsmi “Feysbuk” (https://www.facebook.com/aaafpark) səhifəsinə göndərsə, ən çox “bəyəndim” toplayan şəklin müəllifini “Limulənd Uşaq Əyləncə Mərkəzi”ndən hədiyyə gözləyir. Müsabiqə 15 iyun 2015-ci il tarixinədək davam edəcəkdir.

SHARE