AAAF Park bütün xanımları “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə təbrik edir!

Əziz xanımlar, sizi “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, möhkəm can sağlığı və müvəffəqiyyətlər diləyirik!

8 Mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməsi qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı kimi qəbul edilir.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 mart gününün “Dünya Qadınlar Günü” kimi qeyd edilməsini alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi Klara Setkin təklif etmiş və bu təklif qəbul edilmişdir.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşmüşdür. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə “Beynəlxalq Qadınlar Günü” kimi qeyd edilmişdir.

Bayramınız mübarək, əziz xanımlar!

SHARE