AAAF Park Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində stendini təqdim etdi

Noyabrın 22-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılıb. Sərginin açılış mərasimində Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub.

Regionda nümunəvi şəhərsalma layihəsi olan AAAF Park Yaşayış Kompleksi də bu mötəbər tədbirdə iştirak edir. Çoxfunksiyalı, müasir yaşayış binalarının, ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman komplekslərinin birgə harmoniyasından ibarət olan Kompleksimiz, ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir.

Sərginin ilk günüdə AAAF Park sərgi iştirakçılarına “AAAF Park Xırdalan”, “AAAF PARK Gənclər Şəhərciyi” və “AAAF Park Astara” layihələrini geniş şəkildə təqdim edib. Onlara bu günə qədər görülən və bundan sonra görüləcək işlər barədə, istər şifahi, istərsə də videogörüntülər vasitəsilə geniş məlumat verilib. Stendə baş çəkənlərə şirkətin flayer və kataloqları, digər xatirə hədiyyələri təqdim edilib. Ölkənin bütün KİV-ləri tərəfindən AAAF Parka böyük maraq nümayiş etdirilib. Populyar qəzet və saytlar, həmçinin bütün televiziyalar stenddən izləyicilərinə məlumat xarakterli süjetlər hazırlayıblar. Şirkətin təsisçisi Tofiq Heydərov onlara müsahibəsində həyata keçirilən layihələrin xarakteri və mahiyyətindən danışıb. O qeyd edib ki, AAAF Park dövlət siyasətinə dəstək məqsədilə addımlar atır, ölkənin regionlarında bu kimi Komplekslər inşa edərək insanların sosial rifahı və sağlam həyat tərzini düşünərək layihələy həyata keçirir.

Azərbaycan Respublikası Nəqliyyat Naziri Ziya Məmmədov, Əmlak Məsələləri üzrə Dövlər Komitəsinin sədri Kərəm Həsənov, həmçinin Milli Məclisin bir çox üzvü sərginin qonağı olaraq AAAR Park stendinə yaxınlaşıb, görülən işlər haqda geniş məlumatla alıblar. Sərgi noyabrın 24-nə kimi davam edəcək. Hər kəsi iştirak etməyə dəvət edirik!

SHARE