AAAF Park Astarada  “Su festivalı”

Bakının Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra Astarada davam edib.

“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində AAA Park Astarada “Su festivalı” keçirilib, konsert proqramı təqdim olunub. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, “Əvəsor” Folklor Xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Qeyd edək ki, Xəzər dənizindən başlayan və 3 min km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

SHARE