AAAF Park anbarlarında yenidənqurma işləri gedir

AAAF Park daxilində yerləşən binaların anbarlarında sistemli şəkildə, mərhələlərlə təmizlik işləri aparılır. AAAF Holdinqin könüllü əməkdaşlarının səyi nəticəsində artıq ilk hədəf olaraq seçilmiş 11 anbardan yeddisi tam təmizlənərək təhvil verilib. 2 saylı küçədə yerləşən 2, 3, 4, 6 saylı binaların anbarları təmizləndikdən sonra, məhsullar anbardar tərəfindən qeydiyyata alınıb, təyinatı üzrə qruplaşdırılaraq rəflərə düzülüb. AAAF Parkda anbardar köməkçisi vəzifəsini icra edən Mirşahin Sadıqzadə anbarların təmizlənməsi işində diqqət göstərilən məsələləri AAAF TV-yə müsahibəsində açıqlayıb.

Mirşahin bəy, anbarların hansı məqsədlər üçün istifadə olunacağına da nəzərə çatdırıb.

Anbardar köməkçisinin sözlərinə görə, anbarlar kompleks daxilində fəaliyyət göstərən iaşə obyektlərinə xidmət etsə də, yaxın gələcəkdə sakinlərə yararlı olması barədə müzakirələr aparılır. Qeyd edək ki, anbarların əvvəlki və sonrakı halları fotoarxiv şəklində saxlanılır. Yenidənqurma prosesinin başlandığı 11 anbarda gedən işlərin bir neçə günə tamamlanması nəzərdə tutulub.

SHARE