AAAF Park ailəsi Cənab İlham Əliyevi təbrik edir!

Aprel ayının 11-də keçirilən prezident seçkilərində Cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. O, böyük səs çoxluğu ilə inamlı qələbə qazanıb.

İlham Əliyev daima Azərbaycan xalqının yanında olub və onun rifahının yüksəldilməsi üçün böyük əmək sərf edib. Uzun illərdir sürən əmin-amanlıq, sabitlik, davamlı inkişaf dövlət başçısının gördüyü işlərin nəticəsidir. İstər daxili, istər xarici siyasətdə əldə edilən uğurlar, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, təhsil, tibb, hüquq, sənaye və digər sahələrdəki inkişaf, insanların həyat səviyyəsinin daima yüksəlməsi istiqamətin doğru seçildiyini göstərir. Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası bütün zirvələri fəth etməyə iddialıdır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin layiqli şəkildə davam etdirdiyi idman siyasəti də özünü artıqlaması ilə doğruldub. Artıq Azərbaycan bir idman ölkəsidir və bütün dünya bunu bilir və qəbul edir. Dünya və Avropa çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda əldə edilən minlərlə medallar, qazanılan böyük qələbələr, həmçinin ölkəmizdə dünya səviyyəli idman yarışlarının ən yüksək səviyyədə təşkil olunması deyilənlərin bariz nümunəsidir.

Azərbaycanda həqiqətən də böyük bir idman ölkəsidir və zirvələrə doğru addımlamaqdadır.

Prezident İlham Əliyevin seçkilərdə əldə etdiyi qələbə Azərbaycan xalqının ona inamının göstəricisidir. Xalq öz liderini dəstəklədiyini, ölkənin dayanıqlı çiçəklənməsinə və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinə yüksək etimadını növbəti dəfə nümayiş etdirdi.

Biz, AAAF Park ailəsi olaraq dövlət başçımız, Cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona işində uğurlar arzulayırıq. Əminik ki, onun rəhbərliyi altındakı növbəti 7 ildə Azərbaycan yeni inkişafın mərhələsinə qədəm qoyacaq, öz qələbə yolunu davam etdirəcəkdir.

SHARE