AAAF Medianın istehsalı olan “Bəyaz gəlin” klipi təqdim olundu

AAAF Park Yaşayış Kompleksində müğənni Zaur Babayevin “Bəyaz gəlin” klipinin çəkilişi həyata keçirilib. Çəkiliş və montaj prosesi AAAF Mediaya həvalə olunan klip, artıq izləyicilərin ixtiyarına verilib. Zaur Babayev klipin çəkiliş məkanı üçün AAAF Park Yaşayış kompleksini seçmə səbəbini AAAF TV-yə açıqlayıb. O, AAAF Parkın kadr və təbiilik cəhədən kifayət qədər əlverişli və rəngarəng olduğunu bildirib, fərqli məkanın üstünlüklərindən digər həmkarlarını da yararlanmağa dəvət edib. Babayev klipin ərsəyə gəlməsində AAAF Medianın rolunu xüsusilə qiymətləndirib. Klipdə bəyaz gəlin obrazında Nəcəf bəy Vəzirov adına Lənkəran dram teatrının aktrisası Günel Abbaszadə çıxış edib. Zaur Babayev növbəti klipləri üçün də AAAF Parkı seçəcəyini qeyd edib. AAAF Medianın məhsulu olan “Bəyaz gəlin” klipi artıq “Youtube”da yerləşdirilib.

 

SHARE