AAAF Media özünü hərtərəfli təkmilləşdirir

Aktiv fəaliyyəti ilə AAAF Holdinqin peşəkar qurumları sırasında əsas mövqe tutan AAAF Media kollektivi AAAF Akademiyanın “PR və marketinq” mövzusunda təşkil etdiyi seminarda iştirak edib. Aktiv müzakirələrin yer aldığı seminarda bazar tipləri, köhnə və yeni marketinq, markalama, ictimaiyyətlə əlaqələrin təmini, marketinqin məqsədi və əhatəsi, hədəf bazarının seçimi, analizi məsələləri ön plana çıxarılıb. Təlimçi Camid Mövsümovun təqdimatında baş tutan seminarın ən diqqət çəkən məqamı ictimai rəyin formalaşdırılması və media ilə sıx əlaqələr mövzusunda fikir mübadiləsi olub. Öz təcrübələrini iştirakçılarla bölüşən təlimçi AAAF TV–yə müsahibəsində hədəf alınan mövzuya fikir bildirib.

Seminar iştirakçılarından Pərvin Hacıyeva bu tip mövzuların peşəkar inkişafda oynayacağı roldan danışıb.

AAAF Akademiya Rəhbəri Kamran Kərimli isə AAAF Mediaya istiqamətlənmiş seminarın keyfiyyətindən söz açıb, təlimçi və iştirakçıların gedişata təsirini vurğulayıb.

Qeyd edək ki, AAAF Media üçün bu cür seminarlar mütəmadi keçiriləcək.

SHARE