AAAF kollektivi Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür. Respublikada bütün kollektiv və qurumlar Ulu Öndərin xatirəsini əziz tutaraq müxtəlif tədbirlər təşkil edir, abidə və büstləri önünə gəlir, ehtiramlarını bildirirlər. Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) da ənənəsinə sadiq qalaraq ümummilli lider Heydər Əliyevi yad edib. Federasiyanın rəhbər, məşqçi və idmançı heyəti Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkına gələrək ümummilli liderin heykəli önünə gül qoyub, ruhu qarşısında baş əyiblər.

AAAF-ın baş katibi Rizvan Rəsulov AAAF TV-yə müsahibəsində bildirib ki, Ulu öndərin xatirəsini yad etmək həm federasiya, həm də bir azərbaycanlı olaraq mənəvi borcumuzdur.

Sonda kollektiv ağır atletika üzrə mərkəzi baza – AAAF Park Yaşayış Kompleksindəki Heydər Əliyev heykəlinin önünə gələrək gül qoyublar, ehtiramlarını nümayiş etdiriblər.

SHARE