AAAF kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında uğur qazanan ağır atletika yığmamız may ayının 18-də ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Azərbaycan idmanına böyük qayğısı ilə yadda qalan və hazırda bu siyasəti layiqincə davam etdirilən ümummilli liderin xatirəsinin bu cür anılması ənənə halını almaqdadır. Fəxri Xiyabana gələn medalçı idmançılar, “Zirvə Liseyi”nin şagirdləri, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və məşqçi heyəti, həmçinin digər nümayəndələri ulu öndərin məzarı önünə gül qoyublar.

 

 

SHARE