“AAAF İNŞAAT MMC” Azərbaycanın ən yaxşı mülki tikinti şirkəti seçildi!

Zirvədə – AAAF İNŞAAT

Azeri Business Award14 dekabr 2013-cü il tarixində “Fairmont Hotel Baku” mehmanxanasında “Azeri Business Award” mükafatının təntənəli təqdimetmə mərasimi keçirildi. Mükafatın təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri olan “Business Time” jurnalıdır.

“Azeri Business Award” biznes sahəsində milli mükafatı yerli biznesin inkişafında əsas tendensiyaları əks etdirir və iqtisadiyyatın müxtəlif sahələrində milli biznesin yeni imicini formalaşdıran ən parlaq və dinamik şirkətlərə təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir. İctimai institut olan “AZERI BUSINESS AWARD” biznes sahəsində Milli Mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. 300-ə yaxın qonağın – onların içərisində diplomatik şəxslər, ölkənin aparıcı iş adamları, menecer və mütəxəssisləri vardı – iştirak etdiyi mötəbər mərasimdə 25 nominasiya üzrə laureatlar seçildi. Sevindiricidir ki, builki qaliblər siyahısında bizim – “AAAF İnşaat MMC” şirkətinin də adı var.

Mükafatın əsasnaməsinə uyğun olaraq, təqdimat mərasimindən əvvəl “AZERI BUSINESS AWARD” laureatlarının nailiyyətləri sərgisi təşkil olundu. Sarayın foyesində laureat-şirkətlərin stendlərində yerli bazarda təklif olunan məhsulların geniş çeşidləri nümayiş etdirilirdi. 2013-cu il ərzində yerli bazara təqdim olunmuş yeni məhsullar qonaqların xüsusi marağına səbəb oldu.

Sərgi başa çatdıqdan sonra Mükafatın 2013-cu il üzrə laureatlara təqdimat mərasimi başladı. Serbıyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, millət vəkilləri, eləcə də Respublikamızın işgüzar dairələrinin tanınmış nümayəndələri qonaqları sırasında yer almışdı. Onların içərisində “AAAF İNŞAAT MMC”-nin Direktoru Pərvin Əliyev, AAAF PARK Yaşayış Kompleksinin direktoru Ruslan Xanəliyev və şirkətimizin reklam PR meneceri Elcan Məmmədli iştirak edirdi.

Budur aparıcı xanım növbəti nominasiyanin laureatını təqdim edir: İlin mülki tikinti şirkəti – “AAAF İNŞAAT MMC”.
Milli mükafatı almaq üçün şirkətin direktoru Pərvin Əliyev səhnəyə dəvət olundu. Direktorun çıxışı lakonik olsa da, şirkətin işgüzarlıq prinsipinə verdiyi önəmdən xəbər verirdi. Milli mükafat onu haqq edənə çatdı. Qısa zamanda Abşeronda “AAAF PARK” kimi unikal və mükəmməl bir yaşayış kompleksi inşa edən bir şirkət, təbii ki, ən xoş sözlərə, ən ali mükafatlara layiqdir.

“İlin ən yaxşı mülki tikinti şirkəti” nominasiyası üzrə Azərbaycanda ən yaxşı seçilən şirkətin, 2013-cü ildə gördüyü işlər və keçdiyi inkişaf yolu təqdir edilmiş oldu. “AAAF PARK Yaşayış Kompleksi” və başqa bu kimi möhtəşəm və qeyri-adi layihələrin icraçısı olan bu şirkət, ölkə biznes ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. “AAAF İNŞAAT MMC”-nin bu uğuru görülən işlərə, onların keyfiyyət və yüksək səviyyəsinə verilən qiymətdir.

Bu uğur münasibəti ilə başda “AAAF İNŞAAT MMC”-nin təsisçisi Tofiq Heydərov, şirkətin direktoru Pərvin Əliyev və bu nailiyyətdə əməyi və imzası olan bütün əməkdaşlarımızı təbrik edir, yeni zirvələrin fəthini arzu edirik.

SHARE