AAAF Holdinqin rəhbər və işçi heyəti ulu öndərin məzarını ziyarət etdi

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Hər il olduğu kimi bu il də ulu öndərin məzarı xalqımız tərəfindən ziyarət edilib. AAAF Holdinqin rəhbər və işçi heyəti də bu gün fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək çiçək dəstələri qoyub. Fəxri xiyaban çıxışında AAAF Holdinqin prezidenti Tofiq Heydərov fikirləini AAAF TV ilə bölüşüb.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Allah rəhmət eləsin!

SHARE