“AAAF Holdinq”in bütün heyəti səhər yeməyinə yığışdı!

Hər bir işçinin dəyərli olduğu, əməyinə qiymət verildiyi şirkət uğura məhkumdur. Kimliyindən, tutduğu vəzifədən, sosial durumundan asılı olmayaraq bir ailə kimi çalışan kollektiv zirvələri fəth etməyə qadirdir. “AAAF Holdinq” kimi…

İyulun 8-də səhər saatlarında “Zirvə” restoranında “AAAF Holdinq”in bütün əməkdaşlarının yığıncağı keçirilib. Yüzlərlə üzvümüz fəvvarə ətrafındakı masalarda toplaşıb, qəlyanaltı edərək söhbət ediblər, xoş vaxt keçiriblər. Bu yığıncağın məqsədi Holdinq əməkdaşları arasında işgüzarlığın və əlaqələrin genişləndirilməsi olub.

Maraqlı məcrada keçən yığıncaq zamanı “AAAF Holdinq” in prezidenti Tofiq Heydərov çıxış edərək əldə olunan uğurlardan və həyata keçirilən layihələrdən danışıb. Daha sonra “AAAF Media” MMC-nin direktoru Rəşad Əliyev və Holdiqin direktor müavini Fəxri Ağayev söz alıblar.

Yığıncaq zamanı bir neçə nominasiyalar üzrə təqdimatlar da oldu.Yeniliklərə açıq rəhbər nominasiyası üzrə Sakinlərə Xidmət Departamentinin rəhbəri Eldar Abdullayev təltif olundu.

Ən sürətli dəyişən qurum nominasiyası üzrə “AAAF Holdinq”in Satış Bölməsi təltif olundu. Mükafatı satış meneceri Kamran Heydərov qəbul etdi.

Və nəhayət AAAF Holdinqin ən nümunəvi struktur bölməsi nominasiyası üzrə AAAF Media təltif edildi. Mükafatı almaq üçün “AAAF Media”nın direktoru Rəşad Əliyev səhnəyə dəvət olundu.

Qeyd edək ki, “AAAF Holdinq”də bu cür yığıncaqlar mütəmadi olaraq keçiriləcəkdir.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE