AAAF Holdinq vitse-prezidentinin məqaləsi “Azərbaycan” qəzetində

“AAAF Holdinq”in vitse – prezidenti Fəxri Ağayev “Azərbaycan”  qəzetinin 23 oktyabr 2016 – cı il buraxılışında  “Təkmil idarəçilik biznesdəki uğurun əsas şərtlərindəndir” adlı məqaləsi dərc olunub. O, müstəqillikdən müasir dövrə qədər inkişaf edən Azərbaycana nəzər salaraq ölkəmizin tarixi nailiyyətlərini, qlobal məsələlərə təsirini və beynəlxalq aləmdə nüfuzunu diqqətə çatdırıb.

Məqalədə, sərmayəni qazanca çevirməyin yolları,  biznesdə müştərilərə və əməkdaşlara qayğı, bir çox brendlərin idarəçilik təcrübələri, yeni dövr Azərbaycan biznesində mükəmməl idarəçi profilinin xüsusiyyətləri geniş əhatə olunub.

Sonda mütəxəssis qlobal iqtisadi mənzərə əsasında “AAAF Holdinq”də  qurulan sistemi nümunə gətirərək şirkətin məqsədlərindən və böyük miqyaslı inkişaf planından söhbət açıb.

Məqaləni ətraflı şəkildə aşağıdaki keçiddən oxuya bilərsiniz:

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=108257

SHARE