“AAAF Holdinq” şirkət əməkdaşları üçün iftar süfrəsi açdı

 

İyunun 24-də “AAAF Holdinq” Zirvə restoranının fontan ətrafı ərazisində AAAF Park əməkdaşları üçün iftar süfrəsi təşkil edib. İftar süfrəsində “AAAF Holdinq”in rəhbər heyəti və holdinqin tərkibinə daxil olan şirkətlərin çoxsaylı nümayəndələri yer alıb. Onlar ləziz və dadlı təamlardan dadaraq iftarlarını açıblar.  Şirkət əməkdaşları göstərilən bu diqqətə görə AAAF Holdinqin prezidenti Tofiq Heydərova minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iştirakçılar iftar süfrəsinin ardınca həzin musiqilər də dinləyərək xoş vaxt keçiriblər.

SHARE