AAAF Holdinq Şəhidlər Xiyabanını ziyarət etdi

1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixinin qan yaddaşı, hüzn günü, eyni zamanda qəhrəmanlıq salnaməsidir. Həmin gün dünyasını dəyişənlər ölkəmizin azadlıq, müstəqillik yolunda böyük addım atması, istiqlaliyyətinə qovuşması yolunda şəhid olmuş insanlardır. Onların xatirəsinə daima yad etmək, uca tutmaq hər bir azərbaycanlının mənəvi borcudur.

AAAF Holdinq ənənəsinə sadiq qalaraq bu il də yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edib. Geniş heyətlə mərasimə qatılan əməkdaşlarımız şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər. Vətəndaşlıq borcunu yerinə yetirən heyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması nəticəsində qətlə yetirilən yüzlərlə insanın məzarları önünə gələrək qərənfillər qoyub.

Holdinqin rəhbər heyətindən tutmuş sıravi əməkdaşına qədər 150-dən çox nümayəndəsi, bütün şöbələr həmin gün Xiyabana gələn insan selinin bir hissəsi olub, xalqımızın dərdinə şərik çıxıb, qan yaddaşını yeniləyiblər.

Şəhidlər bizim qürur mənbəyimizdir. Allah onlara rəhmət eləsin!

SHARE