“AAAF Holdinq” rəhbərliyi sakinlərlə görüş keçirdi

“AAAF Holdinq MMC” qışa hazırlıq prosesi ilə bağlı kompleks sakinləri ilə görüş keçirib. Akt zalında təşkil olunmuş tədbirin məqsədi AAAF Park rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların təklif və iradlarını qeydə alaraq təmin olunmasına şərait yaratmaqdır. Rəhbərliyin təqdimat xarakterli rəsmi çıxışında qışa hazırlıq üçün Kompleksdə görülən qazlaşma, təmir bərpa işləri və digər proseslər işıqlandırılıb. Görüş çərçivəsində hazırda payız-qış fəslinə keçidlə bağlı görülən tədbirlər planı müzakirə olunub, sakinlər fərdi qaydada dinlənilib, sadalanan iradlar operativ şəkildə həllini tapması üçün qeyd olunub.

Gündəmdəki digər məsələ yaxın zamanda kompleks daxilində görüləcək işlərlə bağlı olub. Planlar sırasında hər ay sakinlərlə görüş, ərazidə qazlaşmanın tam təmini, çıxarışların verilməsi və digər məsələlər yer alıb.

Görüşün yekununda sakinlərin istəkləri üzrə rəhbərlik holdinqdaxili qurumlara icra üçün müvafiq tapşırıqlar verib.

14467011_1312453535474253_233322738_o

SHARE