“AAAF Holdinq” əməkdaşları bu dəfə “Olimp” massivində iməcilik keçirdi

“AAAF Holdinq” öz iməcilik ənənəsini davam etdirir. Əməkdaşlarımız bu dəfə AAAF Park Yaşayış Kompleksinin “Olimp” massivinə təmizlik işləri görmək üçün bir araya gəliblər. İməcilik iştirakçıları binaların bloklarını və ətraf əraziləri məişət tullantılarından təmizləyiblər. İməcilikdə ümumilikdə 50-yə yaxın işçi iştirak edib. İştirakçılar bu cür tədbirlərin mütəmadi keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Buna qədər AAAF Park Yaşayış Kompleksində bir neçə dəfə iməcilik keçirilmiş, müsbət nəticələrlə yadda qalmışdı. Növbəti həftələrdə də eyni addımların atılması planlaşdırılır.

SHARE