“AAAF Holdinq”in nəzdİndə həyata keçİrİlən “AAAF Akademİya” layİhəsİ üçün İlkİn addımlar atılır.
Pilot layihə olaraq start verilən “AAAF Akademiya” rəhbərliklə heyət arasında ünsiyyətin, bilik mübadiləsinin və korporativ əməkdaşlığın inkişafı zəminində böyük rol oynayacaq. Layihənin məqsədi kompleksdaxili fəaliyyət göstərən işçilərin potensial bacarıqlarının kəşfi və inkişafına təkan vermək, işgüzarlığın artırılması və yeni sistemləşmiş mühitin yaradılmasıdır. “AAAF Akademiya” daxilində iştirakçıların dil biliklərinin artırılmasına da böyük önəm verilir. Layihədə iqtisadi mühitdə peşəkar heyətin yetişdirilməsi məsələsi ön plandadır. “AAAF Akademiya”nın rəhbəri Kamran Kərimli AAAF TV-yə müsahibəsində layihə çərçivəsində görülən işlər və perspektivlər barədə söhbət açdı.
Kamran bəyin sözlərinə görə, ötən həftədən etibarən “AAAF Akademiya”da təlimlərin keçirilməsinə artıq başlanıb. O, həmçinin, beynəlxalq rəqabətdə mühüm mövqe tutmağın yolunun məhz şirkətdaxili inkişafdan keçdiyini də vurğulayıb. Layihə çərçivəsində keçirilən təlimlər və seminarlar işçilərin vərdiş, bacarıqlarının inkişafını hədəf alır.
Nəzərinizə çatdıraq ki, “AAAF Akademiya” layihəsi müddətində iqtisadiyyat, marketinq, digər sahələri əhatə edəcək təlimlər və seminarlar mütəmadi keçiriləcəkdir.