AAAF Akademiyada “Müştəri məmnuniyyəti” ilə bağlı silsilə seminarlar

“AAAF Holdinq”in nəzdində təşkil edilmiş AAAF Akademiyada artıq bir neçə gündür “Müştəri məmnuniyyəti” mövzusuna həsr olunmuş silsilə seminarlar keçirilir. “Müştəri kimdir”, “Müştəri ilə düzgün ünsiyyət formaları hansılardır”, Maksimum müştəri məmnuniyyəti üçün hansı sorğular keçirilməlidir” və bu kimi digər düşündürücü aspektlərə fərqli yanaşma tərzini ortaya çıxarmaq seminarların başlıca məqsədinə çevrilib. Bundan əlavə, müştəri gözləntiləri, dünənin alıcısı ilə bu günün alıcısı arasındaki fərqlər və oxşarlıqlar ön plana çıxarılıb.

Digər tərəfdən seminarlar zamanı AAAF Akademiya iştirakçılarına beynəlxalq holdinqlərin hədəf nöqtələri, mövcud müştəri bazasının qorunub saxlanması yollarından danışılıb. Seminarları müxtəlif təlimçilər idarə edir. “Paşa Sığorta” şirkətinin PR meneceri Camid Mövsümov seminarda diqqəti hansı məsələlərə yönəltdiyini vurğulayıb.

Müştəri məmnuniyyəti ilə bağlı keçirilən seminarların mahiyyətinə nəzər salan AAAF Akademiyanın rəhbəri Kamran Kərimov bu mövzunun hər bir şirkət nümayəndəsi üçün vacib olduğunu qeyd edib.

Nəzərinizə çatdıraq ki, AAAF Akademiyada Müştəri məmnuniyyəti ilə bağlı seminarlar davam edəcək.

SHARE