AAAF Akademiyada həftə üzrə seminarlar

AAAF Akademiya əməkdaşları üçün müxtəlif təlimçilərin təqdimatında seminarlar olub. Ilk seminar Camid Mövsümov tərəfindən “Bizness planlaşdırması” mövzusunda keçirilib. Seminar çərçivəsində“Biznes təhlil modelləri hansıdı?”, “Biznes təhlil modelləri dedikdə nə nəzərdə tutulur?” və digər mövzular müzakirə olunub, biznesin strateji planlaşdırılması, SVOT analiz məslələri ön plana çıxarılıb. Digər seminarda təlimçi Cavid Cəbiyevin təqdimatında “Qonaqlarla münasibət” mövzusu əhatə olunub. Müştəri məmnuniyyəti məsələsi çərçivəsində müzakirələrin yer aldığı seminarda videoroliklər və slaydlar nümayiş olunub. Növbəti həftələrdə də mütəmadi olaraq seminar və təlimlər keçiriləcək.

SHARE