AAAF Akademiya əməkdaşlarının peşəkar sferada fəaliyyətini genişləndirəcək yeni “Müdirlərimizi tanıyaq” layihəsinə start verilib. Layihənin ilk qonağı “Zirvə Beynəlxalq İdman Klubu”nun direktoru Rizvan Rəsulov olub. Əvvəlcə özü haqqında geniş məlumat verən Rizvan Rəsulov fəaliyyəti müddətində qarşıya çıxan çətinliklər, tarixi şərait və digər nüanslara toxunub, idman, pedaqogika sahəsində olan təhsil, təcrübə müddətində müvəffəqiyyətlərindən də söz açıb . Görüşün ikinci hissəsi sual cavab şəklində keçib. Belə ki, əməkdaşlar direktora idman, şəxsi həyat təcrübələri və digər mövzularda ünvanladıqları suallara cavab alıblar.
Nəzərinizə çatdıraq ki, layihənin ikinci tədbirinin bu həftə keçirilməsi nəzərdə tutulub.