“AAAF Park Yaşayış Kompleksi” sakin və qonaqlarına müxtəlif əyləncə və istirahət xidmətlərini təklif edir. Onlardan biri də “7D Cinema”dır.

Burada tamaşaçılara bu əyləncə növü vasitəsilə unudulmaz sərgüzəştlər yaşamaq, xüsusi görüntü və stereosəslə özlərini hadisələrin bilavasitə iştirakçısı hiss etməyə imkanı yaranır. Texnologiyalar izləyiciləri yağışın imitasiyası olan su damcıları, külək mehi və ekranda baş verənlərdən asılı olaraq müxtəlif digər effektləri hiss etdirir. Tüstü, şimşək, filmdən asılı olaraq hətta yayın ortasında qar sevincini yaşamaq şansınız da var. Özünüzü filmin əsl qəhrəmanı hiss etmək imkanını əldən verməyin.

Hazırda 7D kinoteatrımızda olan filmlərdən “Haunted Raceway”, “Robo Soldier”, “Devils Mine Ride”, “Animal Lab”, “Forest Adventure”, “Space Creepers”, “Metro” və başqalarını fərqləndirmək olar. Film siyahısı mütəmadi olaraq yenilənir.

“7D Cinema” üçün bir bilet – 3 AZN-dir. “AAAF Park” sakinlərinə 50 faiz güzəşt verilir.

Əyləncə